Fərrux yüksəkliyində itkin düşmüş hərbçilərimiz - ADLAR

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Fərrux kəndində insan qalıqlarının aşkarlanmasına münasibət bildirib.

Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər hərbçimiz itkin düşüb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı belədir.

 

1 Abdullayev Əlibala Teyyub oğlu

2 Ağayev Arzu Nazir oğlu

3 Allahverdiyev Baba Müseyib oğlu

4 Allahverdiyev Əhməd Ənvər oğlu

5 Bağırov Baləddin Yusif oğlu

6 Basenşpiler Mixail Arifoviç

7 Baxışov Xəlil Salman oğlu

8 Bədirxanov Mehman Əhməd oğlu

9 Behbudov Əli Durmuşəli oğlu

10 Cəbrayılov İlham İbrahim oğlu

11 Cəfərov Mehman Əbdülrəhman oğlu

12 Cəfərov Sənan Vəli oğlu

13 Dadaşov İlham Adil oğlu

14 Eminov Mehman Bəhram oğlu

15 Eyvazov Məsud Eynulla oğlu

16 Əhmədov Faiz Mahmud oğlu

17 Əliməmmədov Vahid Zəbişah oğlu

18 Əliyev Hidayət Kamal oğlu

19 Əliyev İlqar Hidayət oğlu

20 Əmiraslanov Bəxtiyar Cahid oğlu

21 Əsgərov Bəxtiyar Ağabala oğlu

22 Əzizov Pərviz Bayramqulu oğlu

23 Fərzəliyev Vidadi Molut oğlu

24 Həbibov Elnur Paşa oğlu

25 Həsənov Eldəniz İlyas oğlu

26 Hüseynov Cəsarət Binnət oğlu

27 Hüseynov Hüseyn Əhməd oğlu

28 Hüseynov Vüqar Cavanşir oğlu

29 Hüseynov Vüqar Tahir oğlu

30 Hüseynov Xəqani Saleh oğlu

31 İbadov Maarif Məhiş oğlu

32 İbrahimov Kərəm Hümbət oğlu

33 İsmayılov Tahir İsa oğlu

34 İsrafilli Həsən Hüseyn oğlu

35 Kərimov Xaləddin Telman oğlu

36 Qəhrəmanov Vidadi İslam oğlu

37 Qəhrəmanov Qəhrəman Süleyman

38 Qubadov Vüqar Hicran oğlu

39 Qurbanov Natiq Mirzəli oğlu

40 Qurbanov Rasim Fikrət oğlu

41 Qurbanov Şaban Qulu oğlu

42 Məmmədov Elman Nurəddin oğlu

43 Məmmədov Faiz Kərim oğlu

44 Məmmədov İlqar Nuru oğlu

45 Məmmədov İlqar Şirzal oğlu

46 Məmmədov Mehman Tofiq oğlu

47 Məmmədov Pərviz Aşralı oğlu

48 Mənsimov Rüstəm İsrafil oğlu

49 Mirzəyev Araz Seyfəddin oğlu

50 Muxtarov Aydın Şaban oğlu

51 Namazov Pəhlivan Elman oğlu

52 Namazov Elçin Mahmud oğlu

53 Nyuneçkin Vladimir Anatolyeviç

54 Orucov Kamran Niyətulla oğlu

55 Ömərov Nizaməddin Məcid oğlu

56 Salmanov Sahib Salman oğlu

57 Səmədov Hümbət Əhəd oğlu

58 Svanidze Məhəmməd Fəzli oğlu

59 Şirinov Zahid Əsədulla oğlu

60 Tarverdipur Elşad Hüseyn oğlu

61 Təsəlliyev Aqil Böyükağa oğlu

62 Zeynalov Bədəl Babası oğlu

Müəllif | Apa.Tv
Apa.tv