13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Fəxriyyə Xələfova Şuşada: “Kövrəldim və qürurlandım...”

Şuşaya hər gəlişimiz iş qrafikimizlə, çəkilişlərimizlə bağlı olsa da, orda ziyarətçilərlə görüşüb ayaqüstü söhbət imkanı qazanırıq.

 

APA TV olaraq bu dəfə ki, səfər proqramımız da həm sıx, həm də çox zəngin oldu. Gövhər ağa məscidini ziyarət edib geri dönəcəkdik ki, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanı görüb ayaq saxladıq. Çox sevincli idi, müsahibə xahiş etdik, yox demədi: “Xoş gördük sizi də. Çox şadam ki, sizinlə burda Gövhər ağa məscidinin qarşısında görüşürəm. Əsrlər boyu bu müqəddəs ziyarətgah da namaz qılınıb, Allaha dualar edilib. Ən böyük arzumuz gerçəkləşib. Biz yenidən doğma və müqəddəs torpağımızdayıq. Siz kiçik yaşlı uşaqlardan müsahibə alanda mən kövrəldim və qürurlandım. Çox istərdim bu balacalar sağlam böyüyüb, Azərbaycanı şöhrətləndirsinlər. İndi şükürlər olsun, burdan uşaq səsləri gəlir, bu sevinc əvəzolunmazdır”.

 

Fəxriyyə Xələfovanın atası əslən Şuşalıdır. Deyir ki, prezident İlham Əliyev Şuşanın azad olunduğunu elan etdiyi gündən bütün şuşalılar kimi gün sayıram ki, hamılıqla Şuşaya gedək: “Sevincliyəm həm də ona görə ki, əslən şuşalılarla gəlmişəm. Qarabağı bizə yenidən qaytaran Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə şəfa diləyirəm. Şuşaya gəlişimiz zamanı şuşalıların hekayəsini yol boyu dinlədim. Hər kəs öz hissini, adət-ənənəsini, torpağını vətənini burda yaşadığı hər günün sevə-sevə anlatdı. Bu günümüzü işıqlandıran  bütün media işçilərinə də təşəkkür edirəm. 44 günlük vətən müharibəsində də onlar da qəhrəmanlıq etdilər. İndi də məhz sizlər vasitəsi ilə şuşalı olub Şuşaya gələ bilməyən, Qarabağlı olub hələ də öz torpaqlarını görə bilməyən neçə-neçə insan sizlər vasitəsi ilə evini torpağını görəcək. Bu duyğuları  inşallah 30 il öz torpağının həsrəti ilə yaşayan bütün Qarabağlılara arzu edirəm. Bizim olan torpaqlar daim bizimdir. Qarabağ Azərbaycandır! “

 

Sevinc Vaqifqızı

Xəqani Hüseynov

APA TV, Şuşa

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın