Feyk profillər açıb “Şəhid bacısıyam” DEYƏRƏK PUL YIĞDI

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

 

Bu barədə APA TV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O, törətdiyi əməli etiraf edib. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv