FHN bu tikililəri sökür: Heç kimə güzəşt edilməyəcək

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Birgə tədbirlər çərçivəsində mövcud tələblərə uyğun olaraq vətəndaş Talışov Arzuman Qabil oğlu tərəfindən qeyri-qanunu şəkildə zəbt olunmuş torpaq sahəsində qanunsuz tikilən obyektin söküntüsünə başlanılıb.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Bəxtiyar Tağıyev bildirib ki, qanunsuz yolla inşa edilmiş qeyri-yaşayış sahəsinin sökülməsi üçün Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən müraciət olunub. Araşdırma zamanı müraciətin əsaslı olduğu, obyektin tikintisi üçün icazə sənədinin olmadığı məlum olub.

Fövqəladə Hallar Nazirliyi bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır. Əks təqdirdə...

Müəllif | Apa.Tv
Apa.tv