FHN bulvarda təhlükəsizliklə bağlı yoxlama apardı

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin qazan qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov bildirib ki, mexanikləşdirilmiş bütün attraksionlar quraşdırılmazdan əvvəl onların quraşdırılacağı ərazi haqqında məlumat verilməlidir və onların zavod istehsalı olmasına dair texniki pasportları olmalıdır. Bu gün keçirilən baxış zamanı Dənizkənarı Milli Parkda olan attraksionların qənaətbəxş olduğu müəyyən olunub.

Müəllif | Apa.Tv
Apa.tv