FHN-də qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq bu gün Fövqəladə Hallar Nazirliyində könüllü qanvermə aksiyası keçirilib.

 

APA TV-nin məlumatına görə, qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzində təşkil olunub.

 

Aksiyada Nazirliyin şəxsi heyəti könüllü olaraq qan verib. 

 

İsa İsmayılov

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv