FHN-dən yenilik: 6 xidmət növü daha əlçatan olacaq
"Bakı KOB evin"də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən sahibkarlara müvafiq xidmətlər göstərilməsinə başlanıb.
Bununla bağlı keçirilən təqdimat mərasimində FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Ramin Paşayev bildirib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısına uyğun olaraq, “Bakı KOB evi”ndə Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 xidmət təşkil edilib.
FHN-in Təhlükə Potensiallı Obyektlərin Dövlət Reyestri şöbəsinin müdiri Namik İsmayılov isə qeyd edib ki, dövlət siyasətinə uyğun sahibkarlar üçün münasib şəraitin yaradılması, dövlət qurumları tərəfindən şəffaflığın artırılması istiqamətində bir sıra işlər görülür.
FHN-nin xidmətlərinin tədricən regionlarda fəaliyyət göstərən digər KOB evlərində də həyata keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən xidmətlərin “Bakı KOB evi” vasitəsilə həyata keçirilməsi sənədləşmə işlərində şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun artırılmasını təmin edəcək.