FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. 

APA TV-nin məlumatına görə, Sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:

general-mayor ali hərbi rütbəsi

polkovnik Elçin Şirxan oğlu Adıgözəlova

polkovnik Etibar Rəsul oğlu İsmayılova

daxili xidmət general-mayoru ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Hikmət Mərdan oğlu Abbasova.

Müəllif | Apa.Tv
Apa.tv