FHN əməliyyat görüntülərini yaydı
Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.
APA TV-nin FHN-in satına istinadən xəbər verir ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən tədbirlər nəticəsində 2 nəfər xilas edilib.
Həmçinin, FHN-in qüvvələri tərəfindən Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri görülüb.