FHN: "EuroHome”da yanğını söndürmək üçün 3 helikopter cəlb olunub
Bakıdakı "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.
APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir.
“Çağırış 3” elan olunub. Tikinti materiallarının yanğından mümkün qədər mühafizəsi məqsədilə Fövqəladə hallar nazirliyinin ərazidəki müvafiq qüvvələri səfərbər olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.