FHN-in Akademiyasında Heydər Əliyev irsinə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi - idarəçilik və varislik fəlsəfəsinin təbliği” mövzusunda tədbir keçirilib.

Tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Akademiyanın rəisi general-mayor Baba Salayev, nazirliyin digər məsul şəxsləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və kursantları iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları ümummili lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra onlar Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş muzey və sərgi, həmçinin Milli Məclisin komitə sədri Sadiq Qurbanovun “Zamana sığmayan Lider” kitabının və Akademiyanın yaradılmasının 15 illik yubileyi ilə bağlı nəşr edilmiş jurnalla tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxışlardan əvvəl ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edib, dövlətimizin qurulması və güclənməsi istiqamətində fəaliyyətindən danışıb.

Milli Məclisin komitə sədri Sadiq Qurbanov dahi rəhbərin şəxsi keyfiyyətlərindən və liderlik məziyyətlərindən söz açaraq onun xalqın müqəddəratı üçün fəaliyyətinin əhəmiyyətindən ətraflı danışıb.

Tədbirdə çıxış edən digər şəxslər də Ümummili Liderin ölkə və xalq qarşısında misilsiz xidmətlərindən, fəaliyyətinin əhəmiyyətindən söz açıblar.

Müəllif | Apa.Tv
Apa.tv