FHN-in Gəncə Regional Mərkəzində “Açıq qapı” günü keçirilib

FHN-in Gəncə Regional Mərkəzində Gəncə Regionl ASAN xidmət könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. Məqsəd könüllüləri Mərkəzin fəaliyyəti, xilasetmə avadanlıqları ilə tanış etmək, onlara fövqəladə hallarla bağlı biliklərin aşılanmasıdır.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə,  könüllülərə Gəncə Regional Mərkəzinin fəaliyyəti,  şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılması, hərbi vətənpərvərlik mövzuları barədə danışılıb.

 

Daha sonra pandemiya qaydaları qorunmaqla Mərkəzin akt  zalında  təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə ətraflı məlumat verilib.

 

 Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin  kazarmasına baxış keçirilib sinif otağında aparılan dərslərlə tanış olublar Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinə "həyəcan" siqnalı verildikdən sonra şərti xilasetmə işləri aparılaraq, şərti olaraq köməksiz vəziyyətdə olan yaralı xilas edilib.

 

Könüllülər qəza-xilasetmə avtomobili, alət və avadanlıqlar, həmçinin yanğınsöndürmə texnikaları ilə də yaxından tanış edilib,  avtomobil və texniki vasitələrin xüsusiyyətləri barədə məlumatlandırılıb.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov APA TV GƏNCƏ

Müəllif | Apa.Tv
Apa.tv