FHN-in Gənəcə müşavirəsi: “Məqsəd təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan…”
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib. Məqsəd təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsidir. Agentliyin rəis müavini İsmayıl Nəsirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Müşavirədə müəssisələrdə yarana biləcək təhlükələrin aradan qaldırılması, texniki qaydalara riayət olunması və bu sahədə digər məsələlər barədə maarifləndirici çıxışlar olub. KM Çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər. Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.
Fuad Nazimoğlu
Mehdi Rəşid
APA TV Gəncə