14:19 13 may 2022 133
Ana səhifə Xəbərlər

FHN-in şöbə rəisi minaya düşdü

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

 

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

 

Məlumata görə, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

 

Süleyman Heydərovun qolundan ağır xəsarət aldığı bildirilir.

 

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva APA-nın sorğusuna cavab olaraq bildirib ki, FHN-in kapitanı Süleyman Heydərov rayonun Baş Qərvənd kəndi ərazisində xidməti fəaliyyəti zamanı minaya düşüb.

 

Hazırda Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın