FHN jurnalistlər üçün tur təşkil etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Sadiq Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun Sertifikat-Sınaq Mərkəzinə media-tur təşkil olunub.
APA TV-nin məlumatına görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən institut ən müasir, dünya standartlarına uyğun avadanlıq və sınaq texnologiyalarından ibarət laboratoriyalarla təchiz olunub. Media-turda ilk olaraq səyyar maşınlar təqdim edilib.
Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçisi Pərviz Qarayev deyir ki, bizim bu tip avtomobillərimiz səyyar şəkildə fəaliyyət göstərir: “İçərisində olan avadanlıqlar isə qront, asfalt, və beton sınaqları üçün nəzərdə tutulmuşdur. Bu cihazlarla qrontun yük götürmə qabiliyyətini, kipləşmə həddini, betonun tərkibini, və onun daxilindəki almatorun həcminin yoxlanılmasını həyata keçiririk!”.
İnstitutun strukturunda Müayinə və İnşaat Materiallarının Sınağı üzrə Sertifikat-Sınaq Mərkəzi tərkibində Materialların yanğın təhlükəsizliyi, Fiziki-kimyəvi analiz, Təbii və keramik divar daşları, üzlük materialları, Beton və dəmir-beton texnalogiyası və qatqıları, Asfalt-asfaltbeton, Bina və qurğuların elektirik təchizatının müayinəsi, Mühəndis geologiyası, İnşaatda ekoloji problemlər, Mülki və sənaye tikintisi və digər ixtisaslaşmış tikinti laboratoriyaları, eləcə də 4 regional müayinə-sınaq laboratoriyası fəaliyyət göstərir.
Materialların Yanğın Təhlükəsizliyi üzrə laboratoriya müdiri Ramil Mustafayev deyir ki, bu laboratoriyada 4 istiqamətdə tədqiqat işləri aparılır: “Alışma temperatorunun təyini, onunla yanaşı, yanğın materiallarının dəqiqləşdirilməsi, tüstü əmələgəlmə dərəcəsi və yüngül alışma ehtimalı olan materialların təyin olunması üzrə işlər görürük”.
Media-turda qeyd olunub ki, Mülki və sənaye tikintisi laboratoriyası tikintinin müxtəlif sahələrində istifadə edilən inşaat materiallarının keyfiyyət göstəricilərinin öyrənilməsi, onların daha da yaxşılaşdırılması üçün təkliflərin hazırlanması, tikintiyə yeni mütərəqqi materialların cəlb edilməsi istiqamətində işlər aparır.
Asfalt-beton laboratoriyasının müdiri Sahil Məmmədovun sözlərinə görə, burada karot nümunələri, eyni zamanda asfaltın keyfiyyətinin yoxlanılması üçün “Marşal” testləri həyata keçiririk: “Bütün bunlar bizim laboratoriyalarda qeydiyyata alınır, bununla da asfaltın tərkibindəki qırma daşları təyin edə bilirik”.
Qeyd olunub ki, institutda müasir avadanlıq və sınaq texnologiyalarından istifadə edilməklə tikintidə mövcud olan inşaat materiallarının müayinə-sınaq işləri, müxtəlif təyinatlı bina və qurğuların müayinəsi, eləcə də, onların seysmik dayanıqlığının qiymətləndirilməsi, materialların yanğın təhlükəsizliyinin təyini, geoloji-axtarış və digər işlər həyata keçirilir.
Semral Cavad,
Fariz Quluyev,
APA TV