FHN: Kürdə batan iki nəfərdən birinin meyiti tapılıb
Yanvarin 31-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıqla balıq ovuna çıxmış iki nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 1980-ci il təvəllüdlü Səfxan Yusifov və 1995-ci il təvəllüdlü Ramin Sadıxbəylinin Kür çayında batmalarına dair əsaslı şübhələrin olduğu üçün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları ərazidə axtarışlara cəlb olunub.
Axtarış tədbirləri zamanı çay kənarında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.
Hazırda Kür çayı hövzəsində axtarış zonası genişləndirilib, Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazilərdə axtarışlar intensiv şəkildə davam etdirilir.