FHN məlumat yaydı

Bakı şəhərində mebel sexi yanıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 500 m² olan mebel sexinin ondulindən ibarət dam örtüyü 150 m² sahədə yanıb.

 

"Sexin qalan hissəsi, içərisində olan mebeller və 5 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

Müəllif | Apa.Tv
Apa.tv