FHN Nərimanov parkında yoxlama keçirib

Fövqəladə Hallar Nazirliyi tərəfindən Nəriman Nərimanov parkında attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə yoxlamalar aparılıb.
 

APA TV-nin xəbərinə görə, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi yay mövsümünün başlanması ilə əlaqədar istirahət və əyləncə mərkəzlərində, o cümlədən parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirir. Bu istiqamətdə növbəti tədbir Nərimanov Nərimanov adına bağın ərazisində reallaşdırılıb.


Tədbirdə iştirak edən Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri tövsiyələr verilib.

Bildirilib ki, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.


 

 

 

Tədbirdə attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilib.


Semral Cavad
Ceyhun Mustafayev
APA TV

Müəllif | Apa.Tv
Apa.tv