FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir

Azərbaycan ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər həyata keçirilir.

 

Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

 

Mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirlərinə başlanılıb. Ayrı-ayrı məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir. 

 

Qeyd edək ki, hazırda dezinfeksiya işləri davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv