FHN uzun axtarışlardan sonra yeniyetmənin meyitini tapdı – APA
Göygöldə çayda batan yeniyetmənin meyiti tapılıb. 14 yaşlı Murad Allahverdiyevinin cəsədi bu gün səhər saatlarında Gəncə çayının Göygöl rayonundan keçən hissəsində aşkarlanıb. Meyit aidiyyatı üzrə təhvil verilib. Xatırladaq ki, ötən gün adıçəkilən şəxs dostları ilə birlikdə Gəncəçayı keçərkən onu su aparıb. Hadisə yerinə Gəncə Şəhər Baş Polis idarəsinin və digər qurumların əməkdaşları , o cümlədən FHN-nin Gəncə Regional Mərkəzinin xususi xilasetmə hissəsinin xilasediciləri cəlb olunub.