FHN xəstə vətəndaşa köməklik göstərib

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Astara rayonunda 1 nəfər xəstə vətəndaşın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA TV-nin məlumatına görə, dərhal çağırış ünvanına Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib və vətəndaşa müvafiq köməklik göstərilib.

Müəllif | Apa.Tv
Apa.tv