Film istehsalı ilə bağlı vergi güzəşti tətbiq olunacaq – APA TV
Yanvarın 1-i tarixindən film istehsalı ilə bağlı vergi güzəşti tətbiq olunacaq. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalı, habelə dublyajı ilə məşğul olan, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.