Fiziki məhdudiyyətli olmasından istifadə edib narkotik satırdı
Gəncədə narkotik satan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ruslan Alıyev yaxalanıb. Onun üzərindən 7.68 qram, yaşadığı evdən isə 9 qram heroin aşkar edilərək götürülüb.
Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Ruslan Quliyev fiziki məhdudiyyətli olmasından istifadə edərək qanunsuz olaraq narkotik maddə əldə edərək, şəhər ərazisində satışını təşkil edib.
Saxlanılan Ruslan Quliyevin zərindən 7.20, yaşadığı evdən isə 17.24 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.