Flora Kərimova Afət Fərmqanızıdan 100 min manat tələb edir

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

 

APA TV xəbər verir ki, Xalq artisti bu dəfə Nərimanov rayon Məhkəməsində mülki iddia qaldırıb. İddiada Afət Fərmanqızının üzr istəməsi və dəymiş mənəvi ziyana görə maddi təzminat tələbi irəli sürülüb.

 

İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-a təyin olunub.

 

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır.

 

Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb. Xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

 

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanın onunla bağlı mülki qaydada iddia qaldırıb təzminat tələb etməsinə münasibət bildirib.

 

Müğənni APA-ya açıqlamasında bildirib ki, Flora Kərimovanın növbəti dəfə məhkəməyə müraciət etməsindən xəbərdardır: “Hazırda hamiləlik səbəbi ilə uzaq yola çıxa bilmirəm. Bildiyim qədəri ilə Flora Kərimova ondan üzr istəməyimi və mənəvi ziyana görə külli miqdarda pul tələb edir. İttihamların heç birini qəbul etmirəm, inşallah, səhhətim imkan verdikdən sonra ölkəyə qayıdıb məhkəmədə iştirak edəcəm”.

 

APA-nın əldə etdiyi xəbərə görə, Flora Kərimova dəymiş mənəvi ziyana görə Afət Fərmanqızıdan 100 min manat tələb edir.

 

Müəllif | Apa.Tv
Apa.tv