“Forbes” Vardanyanın Qarabağda əslində nə iş gördüyünü açıqladı

Dünyanın nüfuzlu “Forbes” jurnalında Avropanın qaz təchizatı ilə bağlı müxtəlif beyin mərkəzlərinin araşdırmaları dərc olunub. Nəşrdə Azərbaycadan qaz nəqli, o cümlədən  enerji təhlükəsizliyi də yer alıb və bildirilib ki, Rusiyadan qaz nəqlini məhdudlaşdıran Avropa üçün riskli vəziyyət qalmaqdadır. Yazıda region üçün qeyd olunan siyasi risklərindən Xankəndidəki separatçı rejimin qondarma dövlət naziri olan Rusiya oliqarxlarının “pulyuyan”ı kimi tanınan milyarder Vardanyanın da adı çəkilir. “Jamestown Foundation” araşdırma mərkəzinin baş elmi işçisi Yanuş Buqayskinin Vardanyan haqqında topladığı məlumatlarda bildirilib ki, o, saxta rəqəmlərlə sabitliyi pozmağa və regiondakı vəziyyəti manipulyasiya etməyə çalışır. O əlavə edib ki, Vardanyan probleminin arxasındakı güc isə Rusiyadır.

Sitat:  Vardanyan Putinin taktikasının təkrarlayır. Putin də Ukraynanın ilhaq etdiyi ərazilərindəki - Krımı, Donbası və Ukraynanın şərqindəki digər bölgələrdə rusların sayının şişirtmişdi. Sitatın sonu

İngiltərənin tanınmış xəbər saytı “EU Today”-in məlumatını da dərc edən nəşrdə bildirilib ki, Vardanyan Azərbaycana məxsus qızıl, mis və molibden mədənlərini ələ keçirib və milyarder qondarma respublikada Rusiya hərbçiləri tərtəfindən qorunur.

Avropada enerji böhranının dərinləşməsinin qarşısının alınmasında Azərbaycanın bilavasitə rolundan yazan nəşr onu da qeyd edib ki, Rusiyadan sonra region üçün təhlükəli amillərindən biri də İrandır.

Müəllif | Apa.Tv
Apa.tv