“Ford” “KamAZ”la toqquşdu: 1 ölü, 2 yaralı - KÜRDƏMİRDƏ
Kürdəmirdə ölümlə nəticələnən avtoqəza baş verib.
APA TV-nın yerli bürosunun məlumatına görə, hadisə dekabrın 5-də Sığırlı kəndi ərazisində qeydə alınıb.
“Ford” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə “Ford”un sürücüsü - Mingəçevir şəhər sakini, 1989-ci il təvəllüdlü Rəşad Əlvan oğlu Şıxıyev hadisə yerində ölüb.
Sərnişinlər - Mingəçevir şəhər sakinləri, 2000-ci il təvəllüdlü Ayxan Cəbi oğlu Cabbarlı və 1990-cı il təvəllüdlü könül Faiq qızı İsmayılova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, vəziyyətləri ağır olduğundan paytaxta göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.