“Ford” körpüdən aşdı: sürücü öldü, ağır yaralı var
Körpüdən çaya yuvarlanan avtomobilin sürücüsü ölüb.
APA TV-nin Şirvan bürosunun məlumatına görə, qəza Ağsu rayonu ərazisində qeydə alınıb. Ağsu çayı üzərindən keçən körpüdən aşan “Ford”un sürücüsü ölüb.
Paytaxt sakini - 1983-cü il təvəllüdlü Şahpələngov Qüdrət Tarzən oğlu Gürcüstan dövlət nömrə nişanlı minik avtomobili əvvəlcə idarəetmədən çıxıb. Daha sonra yoldan çıxan nəqliyyat vasitəsi körpüdən Ağsu çayına düşüb.
Sürücü və sərnişini - 1983-cü il təvəllüdlü Əkbərov Bayram Ələddin oğlu ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq sürücü xəstəxanada keçinib, sərnişinin vəziyyəti ağır olduğdan Bakıya aparılıb.
Faktla bağlı araşdırma aparılır.