“Formula 1” daha 3 il Azərbaycanda

“Formula 1” yarışları 2026-cı ilə qədər Azərbaycanda davam edəcək.

Bu barədə müqaviləni “Formula 1” prezidenti Stefano Dominikali və gənclər və idman naziri Fərid Qayıbov imzalayıb.

Stefano Domenikali Bakı Şəhər Halqası “Formula 1” üçün olduqca populyar məkana çevrildiyini bildirib: Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov isə “Formula 1”in şəhərimizə iqtisadi, sosial və mədəni təsiri olduğunu deyib. Qeyd edək ki, “Formula 1” yarışları Azərbaycanda 2016-cı ildən keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv