Fövqəladə hallar nazirinin müavini Kahramanmaraşa getdi

Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyədədir.

APA-nın zəlzələ bölgəsinə ezam olunmuş müxbiri Səlcuq Elçin xəbər verir ki, nazir müavini Kahramanmaraşa gələrək, FHN-in şəxsi heyəti ilə görüşüb, tapşırıqlarını çatdırıb.

Daha sonra Etibar Mirzəyev axtarış-xilasetmə işləri aparılan əraziyə gedib.

Müəllif | Apa.Tv
Apa.tv