Fövqəladə Hallar Nazirliyi Rusiya FHN-nin göndərdiyi humanitar yardımı qəbul edib

Dekabrın 24-də Fövqəladə Hallar Nazirliyi Bərdə rayonu ərazisində yerləşən Bərdə dəmiryolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilən növbəti humanitar yardım karvanını qəbul edib. 

 

APA TV-nin xəbərinə görə, 9 vaqondan ibarət humanitar yardım əsasən, tikinti materialları, texniki və məişət avadanlıqlarından ibarətdir. 

 

Qeyd edək ki, 24 dekabr tarixinədək Rusiya tərəfindən Azərbaycana ümumilikdə 54 vaqon, 25 yük avtomobilindən ibarət yardım göndərilib. Gətirilən yardımın Vətən Müharibəsi dövründə düşmənin mərmi və raket atəşləri nəticəsində döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş mülki əhalinin əmlakının təmiri və bərpası işləri zamanı istifadə olunması nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Apa.tv