Fövqəladə Hallar Nazirliyinin bir qrup hərbçisinə ali hərbi rütbələr verildi
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
APA TV-nin xəbərinə görə, Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları general-mayor İlham Əyyub oğlu Abdullayev və general-mayor Şahmar Ənvər oğlu Paşayevə “general-leytenant” ali hərbi rütbəsi verilib. Polkovnik Adil Ələsgər oğlu Abdullayevə, polkovnik Əşrəf Məmməd oğlu Qasımova, polkovnik Raul Süleyman oğlu Zeynalova isə “general-mayor” ali hərbi rütbəsi verilib.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Eldar oğlu Xanlarova isə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.