“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika uşaq yaradıcılıq müsabiqəsi yekunlaşıb.

APA TV-nin məlumatına görə, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

2 ay əvvəl start verilən müsabiqədə məqsəd məktəblilərə fövqəladə hallar və təbii fəlakətlər zamanı davranış qaydalarının aşılanması, onların vətənpərvər ruhda yetişdirilməsi, istedadların üzə çıxarılması və dəstək verilməsi olub.

Respublika üzrə keçirilən müsabiqələrin qalib işləri - 518 rəsm, 210 plakat, 236 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 139 yumşaq oyuncaq təşkilat komitəsinə təqdim olunub.

Fövqəladə Hallar və Təhsil Nazirliyinin dəstəyi ilə bu müsabiqə artıq 8 ildir təşkil olunur: "Bu yarışda ümumtəhsil məktəblərinin, o cümlədən də internat tipli məktəblərin şagirdləri iştirak edir. Onların arasında 5 nominasiya üzrə qaliblər müəyyənləşdirilir. Kifayət qədər mötəbər münsif heyətimiz var. Bu il 167 şagird müsabiqənin qalibi olub". 

Müsabiqəyə təqdim olunmuş işləri adı çəkilən nazirliklərin əməkdaşları ilə birgə, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələri qiymətləndirilib.

Birinci yerə 31, ikinci yerə 37, üçüncü yerə 47 nəfər layiq görülüb, 52 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib.

Sonra müsabiqə qalibləri mükafatlandırılıb: “Rəsm əsərimi kətan üzərində işləmişəm. Orda hər hansı bir hadisə baş verdikdə əsgərlərimizin bizi necə qoruduğunu təsvir etmişəm”.

 “2-ci yeri tutmuşam. Bizim modelimiz zəlzələ haqqındadır. Modelim 3 həftəyə ərsəyə gəlib. Zəlzələni izah etmək istəmişəm”.

 “Müsabiqədə iştirak etdim. 1-ci yerə layiq görüldüm. Səbail rayonundakı yanğınsöndürmə binasını hazırlamışdım”.

 “Mənim rəsmim fövqəladə hallar haqqındadır. Əsərdə balıqçılar köməksiz vəziyyətdə qalıb və FHN işçiləri onlara kömək edir”

Tədbir bədii hissə ilə davam edib.

 

Müəllif | Apa.Tv
Apa.tv