“Fransa cəmiyyəti dövlət İslamafobiyasına doğru gedir”

Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Fransada islamafobiya” mövzusu da müzakirə edilib. Bununla bağlı keçirilən plenar iclasda çıxış edən Fransa Milli Mərkəzinin fəxri baş elmi işçisi Fransua Burqat bildirib ki, Fransada insanların öz inancına xas addımları qeyri-qanuni sayılır.

Fransada müsəlman qadınların hicab qadağasını seksist yanaşma və ayrı-seçlilik kimi qiymətləndirən professor Sahar Aziz isə bu halı bir qadına öz bədəni ilə davranışın təlqin edilməsi kimi qiymətləndirib.

Daha sonar çıxış edən "İslamofobiya lüğəti"nin müəllifi Kamil Meziti də son 10 ildə Fransanın qanuni irqçiliyə doğru getdiyini diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Rauf Məmmədov da çıxışı zamanı diqqətə çatdırıb ki, 2020-ci ildən bu yana Fransada 89 məscid, 650-ə yaxın ibadət yeri bağlanıb.

Qeyd edək ki, “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusundakı beynəlxalq konfrans çərçivəsində ayrı-ayrı mövzular üzrə təşkil edilən panel müzakirələri silsilə şəkildə davam edir.

Müəllif | Apa.Tv
Apa.tv