Fransada müsəlman tələbələr qısnamalara məruz qalır - APA TV

Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində "Fransada anti-İslam siyasəti: İslamofobiyanın normallaşdırılması" adlı panel iclas keçirilib. Fransa hökuməti islamofobiya ilə bağlı öz strategiyasını, vizyonunu dəyişməsə, qarşıdakı 10 ildə Fransa vətəndaş müharibəsi ilə üz-üzə qala bilər". Bunu çıxışında Parisdə Geostrateji Araşdırmalar üzrə Avropa Ərəb Akademiyasının direktoru Mohammed El Maazouz deyib.

 

Çıxışlar zamanı Fransada hicab geyinən tələbələrin qısnamalara məruz qaldığı, ölkədə islamofobiyanın oturuşmuş düşüncə olduğu bildirildi. Ekspertlər islamofobik düşüncə ilə mübarizənin yalnız fikirləri birləşdirməkdə gördüyünü vurğulayıblar. Qeyd olundu ki, rəsmi Paris müxtəlif ölkələrdə keçirilən konfranslara müsəlman ekspertlərin iştirakına qadağa qoyulur, eləcə də, deportasiya ilə hədələnir.

Xatırladaq ki, "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edirlər. Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alır.

Fuad Sadıqov

Müəllif | Apa.Tv
Apa.tv