“Fransanın Ermənistanı dəstəkləməsi onun beynəlxalq nüfuzunu zədələyib”

 

Ermənistan mediasında Emmanuel Makronun sentyabrın 9-10-u tarixlərində İrəvan və Bakıya səfər edəcəyi ilə bağlı xəbər yayılıb. Bildirilib ki, 2021-ci ildə yenidən seçilən Emmanuel Makron əvvəlki Fransa prezidentlərindən fərqli olaraq Ermənistanda rəsmi və ya dövlət səfərində olmayıb. Maraqlıdır, bölgədə siyasi gərginliyin və Azərbaycan Ermənistan sərhədində təxribatların artması fonunda Fransa prezidentinin səfərinin məqsədi nə ola bilər? Məsələ ilə bağlı açıqlama verən deputat Elman Nəsirov bildirib ki, Afrikada hegemonluğunu itirən Fransa Cənubi Qafqazda müəyyən uğurlar əldə etmək niyyətindədir. O əlavə edib ki, 44 günlük müharibədən sonra birmənalı olaraq Ermənistanı dəstəklədiyinə görə, nə Azərbaycan hakimiyyətinin, nə də ictimaiyyətinin Makrona etimadı var. Deputat Elman Nəsirov onu da əlavə edib ki, əks təqdirdə Makronun gəlişi yaranmış mürəkkəb vəziyyəti orbitindən çıxarmış olar və baş verəcək hadisələrdə məsuliyyət Ermənistanın və xüsusilə Makronun üzərinə düşər. Fransanın Cənubi Qafqaz məsələsində Ermənistanı dəstəkləməsi onun beynəlxalq nüfuzunu kifayət qədər zədələyib. Bunu isə açıqlamasında siyasi şərhçi Yeganə Hacıyeva deyib. O əlavə edib ki, Azərbaycan diplomatiyası beynəlxalq səviyyədə Fransanın separatçılığı dəstəkləyən, öz maraqları naminə xalqları istismar edən, eləcə də beynəlxalq hüquqa hörmət etməyən ölkə olduğunu göstərdi. Bu isə rəsmi Paris üçün gözlənilməz oldu. Siyasi şərhçi onu da vurğulayıb ki, Makronun səfəri Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki ermənilərin təxribatları ilə müşahidə ediləcək. 2Azərbaycana qarşı açılmış arzuolunmaz cəbhənin önündə Fransa gəlir, lakin 44 günlük müharibədən sonra Azərbaycanın diplomatiyanın bütün sahələrində uğur qazanması, beynəlxaq sfera, eləcə də Fransa üçün gözlənilməz oldu. Ona görə də rəsmi Paris Bakı ilə münasibətlərinə çəki-düzən verməlidir”, deyə siyasi şərhçi əlavə edib. Fuad Sadıqov APATV

Müəllif | Apa.Tv
Apa.tv