Fuad Nəcəfli Türkiyənin Naxçıvandakı konsulluğunda olub

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub.

 

Səlahiyyətli nümayəndə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.

 

Fuad Nəcəfli konsulluqda zəlzələ qurbanlarının xatirəsinə yaradılmış guşəyə MR ictimaiyyəti adından əklil qoyub.

 

Fuad Nəcəfli qardaş Türkiyəyə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

 

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bildirib ki, Naxçıvandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün humanitar yardım göndəriləcək.

 

Qeyd edilib ki, zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı insan axınının ardı-arası kəsilmir. Artıq Naxçıvanda yaşayan sakinlərin yardımları nəticəsində 10 TIR ləvazimat toplanılıb. Bu gün onların bir hissəsi 4 TIR-la Türkiyəyə yola salınacaq.

Müəllif | Apa.Tv
Apa.tv