Futbol şərhçisi faciəvi şəkildə öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

 

Mikroavtobusla minik maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1951-ci il təvəllüdlü Abdul Rəsul oğlu Abdulov  və mikroavtobusun sərnişini Elvin Rüstəmov ölüb. 

 

Xəsarət alan digər 5 nəfər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Məlumata görə, Elvin Rüstəmov "Neftçi" TV-də şərhçi kimi fəaliyyət göstərib. O, Xızı rayonu Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi idi.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv