Füzuli polisi əməliyyat keçirdi – ERMƏNİLƏRİN QOYUB QAÇDIĞI HƏRBİ SURSAT AŞKARLANDI

Füzulidə erməni hərbçilərinin atıb qaçdığı silah-sursat tapılıb.

 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Füzuli rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan, 19 mindən çox müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv