Füzuli sakinləri seçki gününü səbirsizliklə gözləyirlər – “Bu bizim ali seçimimizdir”

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb. İşğaldan azad edilmiş Füzuli şəhərində də, seçki prosesinə hazırlıq işləri gedir. Füzuli sakinləri bu gün çox qürurludur. Ona görə ki, onlar uzun illərin həsrətindən sonra ilk dəfə olaraq ata-baba yurdlarında seçici kimi bu seçkiyə qatılacaqlar. İsa Vəliyev deyir ki, artıq ilk bayramlarını öz ata-baba yurdlarında keçriblər. İndi isə prezident seçkilərinə hazırlaşırlar. Füzuli sakini Ləman Məstalıyeva bildirir ki, 31 ildən sonra ailə üzvləri ilə birlikdə öz doğma torpaqlarında səsvermədə iştirak edəcəklər. “Bu torpaqlarda tarixi günlər yaşamışıq, indi isə prezidentimizi seçməyə hazırıq”- deyir, müsahiblərimiz. Qeyd edək ki, azad olunmuş ərazilərdə 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır. Azərbaycan vətəndaşlarının bütün ölkə ərazisində olduğu kimi işğaldan azad olunmuş ərazilərdə də rahat səs verməsi üçün hər cür şərait yaradılıb.

Emin Babayev, Fəzail Səfərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv