Füzuli, Zəngilan və Cəbrayılda itkin düşənlərin axtarışı davam edir

Bakıda keçirilən Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər mövzusunda ilk beynəlxalq konfransın ikinci hissəsi baş tutub.Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşənlərlə bağlıdır.Tədbirdə BQXK-nin , AMEA-nın, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, müxtəlif dövlət qurumlarının rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev bildirib ki, Zəngilan və Cəbrayıl istiqamətində itkin düşmüş şəxslərin qalıqlarının tapılması istiqamətində tədqiqat işləri həyata keçiriləcək.

Akif Quliyev qeyd edib ki, hazırda mayın 3-dən 17-dək aparılan tədqiqat işləri çərçivəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində aşkar edilmiş skeletlər üzərində laborator analizlər aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv