18:41 25 iyun 2022 567
Ana səhifə Xəbərlər

Füzuliyə getmək istəyənlərə ŞAD XƏBƏR

Bakı-Füzuli istiqamətində yola düşən ilk sərnişin avtobusu artıq Füzuli şəhərinə çatıb.

 

APA TV xəbər verir ki, avtobus saat 7:00-da Bakı Beynəlxalq Avtovağzalından yola düşüb.

 

Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyir ki, reyslər bu mərhələdə həftədə bir dəfə olmaqla şənbə günü təşkil olunacaq: “Növbəti mərhələdə tələbatı təmin edərək reyslərin sayını artıracağıq. Bu da təhlillərdən asılı olacaq. Reys Şuşa və Ağdam reysi ilə tamamilə eyni formatda təşkil olunur. Belə ki, avtobus və sərnişinlər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunacaq. Ziyarət yerlərində bələdçilər olacaq. Sərnişinlər bizim tarixi və mənəvi abidələri ziyarət edə biləcəklər. Bu mərhələdə Merdinli kənd məscidi, Füzuli şəhərinin mərkəzi, yeni Beynəlxalq Füzuli Hava Limanı və Qarğabazar Karvansaray kompleksi ziyarət olunacaq. Növbəti mərhələlərdə digər abidələr də ziyarət olunan yerlərə əlavə ediləcək".

 

Çox uzun illərdən sonra biz işğaldan azad olunmuş torpaqlara ayaq basa bilirik. Həmin torpaqlardan biri də gördüyünüz Füzuli torpağıdır. Hansı ki, ərazinin böyük bir qismi piyada və tank əleyhinə minalarla doldurulub. İnsanların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Lakin hər şeyə rəğmən bura gələn onlarla, yüzlərlə Füzuli sakininin vətənpərvərlik ruhunu heç nə söndürə bilmir. İndi sizə təqdim edəcəyim yer Şeyx İbrahim adlı şəxsin məzarıdır. Bura İbə türbəsi də deyirlər. Uzun illər insanların mədəd umduğu yer olub. Əslində Füzuli bütövlükdə pirdir. Ancaq biz mövzudan uzağa getməyək. Bura yığışmağımızın səbəbi 25 iyun tarixində Bakı-Füzuli-Bakı müntəzəm marşrut xəttinin yaradılmasıdır. Reys üzrə ilk dəfədir ki, Füzuliyə səfər edirik. Onu da qeyd edim ki, bu işğaldan azad olunan torpaqlara üçüncü səfər sayılır. Daha öncə Ağdam və Şuşa şəhərlərinə də səfər təşkil olunmuşdu.

 

Qeyd edək ki, Füzuliyə səfər etmək istəyənlər biletləri yalnız "Yolumuz Qarabağa" portalı üzərindən onlayn qaydada ala bilərlər.

 

Mir Çingiz Ağazadə,

Xəyal İskəndərov,

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın