Gecə 12-dən sonra fəaliyyət göstərən kafenin sahibi cərimələndi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.

APA TV-nin məlumatına görə, rayonun Qazma kəndində yerləşən “Yeni məkan” adlı kafenin gecə saat 12-dən sonra gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və orada olan müştərilər barəsində protokol tətib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Müəllif | Apa.Tv
Apa.tv