Gecə fəaliyyət göstərən kafenin sahibi və müştərilər cərimələndi

Qubada gecə saatlarında fəaliyyət göstərən kafenin sahibi və müştəriləri cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman Qaraçay kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən İlqar Ağarzayev və orada olan 4 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv