Gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlandı

Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb.

APA TV-nin yerli bürosundan verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər-Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Nuranə Abduyeva 300 manat miqdarında cərimə edilib, Etibar Atakişiyev 15, Famil Yolçuyev 20,  İlkin Yolçuzadə 7, Xanbaba Dünyəmov 15, Şərafət Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs edilib. İnzibati qaydada məsuliyyətə cəlb olunan şəxslər karantin qaydalarını pozduqlarına görə peşman olduqlarını deyiblər.

 

Müəllif | Apa.Tv
Apa.tv