Gədəbəy kütləvi zəhərlənmə: 8 nəfər xəstəxanalıq oldu
Gədəbəy rayonunda bir gündə səkkiz nəfər dəm qazından zəhərlənib. Zəhərlənənlərdən biri şəhər sakini 69 yaşlı Məzahir Hüseynovdur. Daha üç nəfər isə Gərgər kənd sakinləri 29 yaşlı Günay Şəkiyeva, 14 yaşlı Səkinə Tağıyeva, 33 yaşlı Sadiq Paşayevdir. Zəhərlənənlərdən digər dörd nəfəri Qaradağ kəndindən olan bir ailənin fərdləri - 8 yaşlı Səbinə Məmmədli, 6 yaşlı Elif Məmmədli, 29 yaşlı Sevinc Məmmədli və 30 yaşlı Zülfiyyə Qasımlıdır. Onların hamısı zəhərlənmə diaqnozu ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Dərhal xəstələrə ilkin tibbi yardım göstərilib və yaxşı olduqdan sonra hamısı evə buraxılıblar. Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.