Gədəbəydə ağır qəza: Ana və oğlu öldü
Gədəbəydə ana və oğlunun ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Düzyurd kəndi ərazisində qeydə alınıb.
Belə ki, ”Mitsubishi Pajero” və “VAZ-21011” markalı maşınların toqquşması nəticəsində “VAZ 21011” markalı avtomobilin sürücüsü - Ruslan Hüseynov və onun anası Nüşabə Hüseynova hadisə yerində ölüb.
Hadisə zamanı 3 nəfər - 10 yaşlı Məcid Nuriyev, 65 yaşlı Mahir Nuriyev və 59 yaşlı Səriyyə Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyəti ağır olduğundan, Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.