Gədəbəydə ev yandı, qadın yanaraq dünyasını dəyişdi

Gədəbəydə fərdi yaşayış evində yanğın olub. 

APA TV-nin xəbərinə görə, hadisə rayonun Düz Rəsullu kəndində baş verib.

Həmin kəndin ərazisində ikimərtəbəli evdə baş verən yanğın zamanı 87 yaşlı Kifayət Abbasova yanaraq ölüb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun ətraf ərazilərə keçməsinin qarşısını alaraq yanğını söndürüblər.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv