Gədəbəydə polis ehtiyatsızlıqdan özünü güllələyib

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alması zamanı baş verib.

Müəllif | Apa.Tv
Apa.tv