Gədəbəydə qəza: “Jiquli” ikiyə bölündü – 1 ÖLÜ, 7 YARALI
Gədəbəydə mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Slavyanka kəndində qeydə alınıb.
“Ford” markalı mikroavtobusla “VAZ-2106” markalı minik maşınının toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Azər Bayram oğlu Səfərov hadisə yerində ölüb.
Qəza zamanı 7 nəfər - 1985-ci il təvəllüdü Sail Şamil oğlu İsmayılov, 2002-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Abbasov, 1985-ci il təvəllüdlü Emin Zakir oğlu Budaqov, 1963-cü il təvəllüdlü Ağa Ələkbər oğlu Ələkbərov, 1964-cü il təvəllüdlü Mənzər Mikayıl qızı Məmmədəliyeva, 1996-cı il təvəllüdlü Solmaz İslam qızı Sadıqova və 1967-ci il təvəllüdlü Şəhla İsgəndər qızı Şəmilova müxtəlif xəsarətlərlə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan da Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Vəziyyəti ağır olan xəstələr isə Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiliblər.
Faktla bağlı araşdırma aparılır.