Gədəbəyə yağan qarın hündürlüyü 20 sm-ə çatdı – APA TV

Gədəbəy rayonuna güclü qar yağıb. Günortadan yağmağa başlayan qar axşama doğru daha da intensivləşib.Qar örtüyünün qalınlığı rayon mərkəzində 5-10, ucqar kəndlərdə isə 15-20 sm-ə çatır.Gecə saatlarına doğru havanın tempuraturu aşağı düşüb. Qarlı hava şəraiti rayonun mərkəzi, o cümlədən dağ yollarında avtomobillərin hərəkətinə çətinlik yaradıb. Bir neçə avtomobil yolda qalıb. Əraziyə Dövlət Yol Polis idarəsinin əməkdaşları cəlb olunub. Hazırda adiyyatı qurumlar tərəfindən yolda qalan nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün lazımı işlər görülür. Qeyd edək ki, qərb bölgəsinin əhatə etdiyi dağlıq rayonlara qarın yağması davam edir.

Müəllif | Apa.Tv
Apa.tv